Məşhur rejissor Roman Polanski ilə bağlı zorlama ittihamı irəli sürülüb.
Unikal.org-un kulis-ə istinadən verdiyi xəbərə görə, İsveçrə prokurorluğuna bu barədə şikayət ərizəsi yazılıb.
Şikayət 61 yaşlı Renat Lenqer tərəfindən edilib. Onun sözlərinə görə, təcavüz 1972-ci ildə baş verib.
Prokurorluq məsələylə bağlı araşdırmaya başlayıb və şikayətin əsaslı olduğu təsdiq olunduğu təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilib.
Xatırladaq ki, avqust ayında yenə Polanski haqqında zorlama ittihamı irəli sürülmüşdü.