"Bilirəm ki, hər zaman sevilirəm. Əsas odur ki, mən sevim. Onda xoşbəxt olaram".
Unikal.org axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva ARB TV-yə açıqlamasında deyib.
Sənətçi həyatında sevgi olmasını etiraf edib:
"Ailəmi, qızımı, qardaşımı, ətrafımı sevirəm. Təmənnasız dostlarım var. Tam aşiq ola bilmirəm. Amma sevirəm. Aşiq olmaq başqa şeydir. Sevgim yavaş-yavaş üzü aşiq olmağa gedir".