Rusiyalı müğənni Valeri Meladzenin qızı İnqa Mərakeşdə özünə dəbdəbəli toy edib.

Unikal.org
-ın Axşam.az-a istinadən xəbərinə görə, İnqa hələ bu ilin yanvarında Nuri Vergeze ilə nikah masasına oturmuşdu. İndi isə cütlük dostları üçün parti təşkil edib.

İnqa və Nuri 8 ildir sevgilidir. Bir müddət əvvəl isə Nuri Mərakeşdə sevgilisinə evlilik təklifi edib. "Hə" cavabı verən İnqa hər zaman iki toy edəcəyini bildirib. Rəsmi toy yanvarda Kembricdə olub. Cütlük evlilik təklifindən 2 il sonra həmin məkanda toy etməyi planlaşdırırdı.

"Yanvardakı məclis toyun birinci hissəsi idi. Orada cəmi 16 qonaq olub. Həmin toya nə Valeri nə də qızım Sonya qatıla bilməmişdi" deyə, gəlinin anası İrina Meladze söyləyib.

Qeyd edək ki, Meladze Rusiyanın əməkdar, Çeçenistanın isə xalq artistidir.