Tanınmış prodüser Sultan Mustafayevlə Əməkdar artist Abbas Bağırov arasında qalmaqal yaranıb. A.Bağırovun Sultanı sosial şəbəkədə əngəlləməsi qarşı tərəfi əsəbiləşdirib.
Unikal.org Yenicag.az-a istinadən xəbər verir ki, prodüser müğənninin ünvanına sərt ittihamlar səsləndirib.
"2015-ci ildə Abbas mənim sevgilimi əlimdən aldı və indiyə qədər də onunla danışmıram. Eks-sevgilimin baş hərfi "Zdir, məşhur insandır. Abbas bir nəfərlə mənə ultimatum göndərib ki, səhifəmə girməsin, onu "bloka atmışam. Belə, cəhənnəmə at.
Prodüser Abbasa çağırış edərək, onu hədələyib: "Bakı balaca şəhərdir. Hamı bilir, kim kimdir. Sən kimin hesabına bu gün varlı-pullu olmusan, məlumdur. Ağzını yum, otur yerində. Elə etmə ki, keçmiş sevgilimin adını və kimliyini açıqlayım.