Fransanın tanınmış aktyoru Jan Roşfor dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aktyor avqust ayında səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onlarla filmdə rol alan 87 yaşlı Roşforun aktyor kimi karyerası 1958-ci ildə başlayıb. O, "Qara ayaqqabıda uzun boylu sarışın", "Müqəddəs Angelika", həmçinin "Cənab Bin tətildə", "Eramızdan bir milyon il əvvəl" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Aktyor dörd dəfə "Sezar mükafatına layiq görülüb.