Azərbaycan Premyer Liqasının VIII turunda "Qəbələ səfərdə "Sumqayıtla qarşılaşıb.
Unikal.org-un məlumatına görə, matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "Qəbələnin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağa rəqib kimi "Qəbələni görürdük. Bu oyundan sonra onları çempionluq münasibəti ilə təbrik etmək olarmı?
- Mən hələ də düşünürəm ki, onların rəqibiyik. Çempionatdayıqsa, "Qarabağ"ın rəqibiyik.
- Son oyunlarda "Qəbələ qol vurduqdan sonra müdafiəyə çəkilir. Bu nə ilə bağlıdır?
- Bu, taktika deyil və rəqibin pressinqi də deyil. Bu, sadəcə uşaqların məsuliyyətli olmasıdı. Oyundan öncə də görürdüm ki, futbolçularım necə məsuliyyətli yanaşırlar. Həm gərgin idilər, həm də istəkli. Onlara dedim ki, bugünki oyunda digər komandaların yerində olduq. Biz daha çox təkqapı oynayırdıq, ancaq bu dəfə əks tərəfdə idik. Rəqib hücum edirdi, lakin xalı biz qazandıq. Həmişə belə oynamaq istəmirik.
- "Qarabağla oyun üçün digər sürpriz gözləmək olarmı?
- Bu gün dəyişiklər oldu. Oyundan öncə, ilk hissədə və ikinci hissədə hər şey fərqli görünürdü. Dəyişiklər zədəli oyunçularla bağlı idi. Nəticədə qalib gəldik və lazımlı xalı qazandıq. Mən hələ futbolçularımı belə gərgin görməmişdim. Son 15 ildə birinci dəfə görürəm ki, futbolçularımız daha çox çalışırlar. Bu oyunu uduzsaydılar, ölərdilər.
- Rəqibin hesabı bərabərləşdirəcəyinə dair qorxunuz yox idi ki?
- Nədənsə qorxmaq... Mən futbolda baş verən heç nədən qorxmuram. Bu gün lazım olan şeylər oldu. Hamımız öyrəşmədiyimiz mənzərə gördük. Əlavə edərdim ki, əlbəttə, mənzərə fərqli ola bilərdi, əgər biz səhvləri düzəltsəydik. Bunları etsəydik, tamam fərqli oyun görərdik. Mən öz komandamı ürəkdən təbrik edirəm. Çox razıyam və onlar qələbə üçün ölməyə hazır idilər.