Bakıda bədbəxt hadisə baş verib.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.