Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilsin.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şaitdin Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilsin.