Misirin "Darül-Fətva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu "təftiş etməsi" haramdır və qəbuledilməz addımdır.
A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fətvanı verib.
Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.