Bir çox insan yaxşı yuxunun fiziki və zehni sağlamlıq üçün çox əhəmiyyətli olduğunu bilir. Ancaq çox bilinməyən şey yatdığımız mövqenin də ən az yuxu müddəti qədərəhəmiyyətli olduğu gerçəyidir.

Unikal.org faydalı məsləhətləri diqqətinizə çatdırır:

Yuxu mövqeyi sağlamlığımıza təsir edir, dərimizin gənc və sağlam görünməsinə kömək edir, həzmi yaxşılaşdırır.
Sol tərəf üstə yatmaq sağlamlığımıza müsbət təsir edir, hətta həyatımızı belə qurtara bilir.
Arxası üstə yatmaq, nəfəs almaqda narahatlığa səbəb ola bilər, xüsusilə astmalı xəstələrə təhlükəlidir.
Sağ tərəf üstə yatmaq isə həzm problemləri yarada bilər.
Aparılan araşdırmalara görə, sol tərəf üstə yatmaq mədə qıcqırması simptomlarını azalda bilir. Ürəyə gedən qan dövranını yaxşılaşdırdığından hamiləlik müddətində də tövsiyə edilir. Bədənin sol tərəfi basqın limfatik tərəfdir. Sol tərəf üstə yatdığınızda bədəninizin toksinləri, limfa mayelərini və tullantıları sinə kanalı və limfa düyünləri vasitəsilə süzməsi üçün daha çox zamanı olur.
Sağ tərəf üstə yatmaq limfa sisteminin daha yavaş işləməsinə səbəb olaraq, toksin yığımı nəticəsində yarana biləcək ölümcül xəstəliklərin riskini artırır. Limfa sistemi tam işləmədiyinə görə, toksinləri süzmə və limfa mayesini orqanizmə dağıda bilmə mövzusunda yetərsiz qala bilər.
Sol tərəf üstə yatmağa başladığınızda, bədəninizin toksinə qarşı işləməsində daha faydalı olmağa başladığının fərqinə varacaqsınız. Bu yuxu mövqeyi həzm sistemini yaxşılaşdırır, bədənin qidalandırıcı maddələri sürətli şəkildə mənimsəyə bilməsini və toksinlərdən qurtulmasını təmin edir.
Ümumiyyətlə, arxası üstdə, üz üstə, ya da sağ tərəfinizin üzərində yatırsınızsa, bu alışqanlıqdan necə qurtulacağınızı öyrənmək istəyə bilərsiniz. Bir az praktika lazım ola bilər. Amma bədəninizi bu mövqedə yatmağa alışdırmaq mümkündür.
Sol tərəfinizə doğru dönün və belinizin arxasına bir yastıq qoyun. Yastıq gecə boyunca sağa doğru dönmənizi əngəlləyəcək.
Yataqda yatdığınız yönü dəyişdirin. Beləliklə, həm digər tərəfə dönmüş olacaq, həm də eyni yuxu vərdişini yaşaya biləcəksiniz.
Sağ tərəfinizə gur bir işıq qoyun. Yuxu əsnasında bədəniniz təbii olaraq işıqdan uzağa dönmək istəyəcəyi üçün sol tərəfiniz üzərində yatmağınız daha asan olacaq.