Xəbər verdiyimiz kimi, Sabunçu rayon Məhkəməsinin qərarı ilə "AtaBankdan kredit götürən şəxsə zamin duran "Azərbaycan Dəmir Yolları QSC xanım əməkdaşı Lalə Bunyatova 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Məsələ ilə bağlı Unikal.org-a "Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova sözügedən xanımın təmsil etdiyi qurumda çalışdığını təsdiqləyib:
"Lalə Bunyatova Bakı-Xarkov-Bakı qatarında bələdçi vəzifəsində çalışır. O, dünən işə çıxmalı idi. Araşdırma zamanı məlum olub ki, Lalə Bunyatova məlum hadisəyə görə, həbs edilib.