Azərbaycandan Ukraynaya yeni avtobus reysi açılıb.

Unikal.org "Ölkə.Az-a istinadən xəbər verir ki, Bakı-Xarkov-Kiyev avtobus reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.

Reys həftənin 1-ci və 4-cü günləri saat 11:00-da yola düşəcək və təxminən 39 saata Kiyevə çatacaq.

İlk reys Bakıdan Kiyevə 9 noyabr, Kiyevdən Bakıya isə 13 noyabr tarixində yola düşəcək. Gediş haqqı 100 manatdır.

Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün isə bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.

Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.

Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.