Bakıda üzərində Ermənistan bayrağının rəngləri olduğu deyilən avtomobilin sahibi Şahin Xanəliyev məsələyə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, Ş.Xanəliyev Trend-ə açıqlamasında bildirib:

"Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil.

Ş.Xanəliyev artıq həmin rəngi pozdurduğunu deyib: "Artıq emblemin üzərindəki narıncı rəngi pozdurmuşam. Əgər bu rənglər söz-söhbətə səbəb olursa, sözsüz ki, o emblemi tamamilə ləğv edəcəyəm. Biz elə adamlar deyilik, həmişə xaricdə Azərbaycan bayrağını uca tutmuşuq.