Amerikalı müğənni Meray Kerinin evində oğurluq hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,müğənninin Los-Ancelesdəki evinə girən naməlum şəxsləronun 50 min dollar dəyərində olan aksessuarlarınıoğurlayıblar.
Aksessuarlar arasında ən çox ifaçının bahalıeynək və pulqabılarının olduğu bildirilir.
Məlumata əsasən, evə girən şəxslər sənətçinin Nyu-Yorkda olduğunu biliblər.
Gecə təxminən saat 3-də baş verən insidentin kim tərəfindəntörədildiyi araşdırılır.