"ATV" telekanalında yayımlanan "Maşın şou"da daha bir saxtakarlıq üzə çıxıb.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı və videogörüntünü Yenicag.az yayıb. Xəbərdə bildirilir ki, bu ötən gecə Elşad Xosenin Vüsalə Kərimova tərəfindən şoudan kənarlaşdırıldığı an baş verib.
Belə ki, Vüsalə Kərimova Elşad Xoseni yarışdan uzaqlaşdırdığını bəyan etdikdən sonra maşının ətrafına qayıdır və dərhal əlini avtomobildən çəkir.
Bu isə birbaşa qaydalara ziddir. Belə olan halda Vüsalənin özü də yarışı tərk etməli idi.