ATV-də "Xanımlar və cənablar devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı başlayıb.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Talıb Tale hədəfinin bəlli olduğunu, teleaparıcı Vüsalə Kərimova ilə yarışacağını bildirib. Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini vurdu, Elşad Xoseni, birini isə - məni yaraladı. Ona görə də mənim hədəfim Vüsalə Kərimovadı.
Vüsalə Kərimova isə Talıbala yarışmayacağını bildirib. "Mən dünən öz gücümü göstərdim. Ona görə də mənim üçün bu gün qalmağımın və ya getməyimin əhəmiyyəti yoxdu".
Amma verilişin yarısında Vüsalə Kərimova fikrini dəyişərək Talıbın getməsinə səs istəsə də, Talıbın 123 milyonluq youtube izləyicisi mifini dağıa bilməyib. 63,67 faiz tmaşaçı Talıb Talenin qalması üçün səs verib. Beləliklə də maşın Vüsalə Kərimova üçün əldən getdi.