Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasına start verilib.
Unikal.org bildirir ki, bu barədə Trend-ə Komitədən məlumat verilib.
Bildirilir ki, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum keçirilib.
Məlumatda qeyd olunur ki, rayonun torpaq ehtiyatlarına, geniş əkin sahələrinə malik olması burada səmərəli istifadəni şərtləndirir. Belə olan halda isə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri Biləsuvarda torpaq ehtiyatlarının idarə edilməsini daha da təkmilləşdirəcək. Bu işlərin nəticəsində Biləsuvarda torpaqların təyinatı və kateqoriyaları dəqiqləşəcək, torpaq mülkiyyətçiliyinin müəyyənləşməsinə imkan verəcək. Həmçinin, istifadəçilər üçün torpaqların yer quruluşu qaydasında dəqiq sərhədləri bəlli olacaq. Bu isə öz növbəsində rayonun torpaq ehtiyatlarının istifadəsindən məqsədli gəlir əldə edilməsinə geniş imkanlar yaradacaq.