"Yaradıcılıq yenilik tələb edir. Efirə yeni işlə birlikdə çıxmaq lazımdır. Bu da vaxt və düşünmək tələb edir. Gec-gec efirə çıxıb, mənalı iş görməyin tərəfdarıyam".
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Eyyub Yaqubov "Lider maqazin"ə açıqlamasında deyib. Sənətçi efirə gec-gec çıxmasının səbəbini açıqlayıb.
Müğənni yeniliklərindən də bəhs edib:
"Hüseyn Cavidin sözlərinə layihəmiz olacaq. Muğamsayağı bir kompozisiyadır. Cazla muğamı sintez edəcəyik. Hüseyn Cavid və Şeyx Sənanın sözlərini oxuyacam. Elçin İmanovla Mikayıl Müşviqin "Gecə düşüncəsi" şeirinə mahnı yazıb, klip çəkdirəcəyik".