ATV-də "Xanımlar və cənablar devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı başlayıb.

Unikal.org  xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor Ilkin Misgərlini SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən İlkin Mİsgərli hədəfinin müğənni Talıb Tale olduğunu bildirib. O qeyd edib ki, ötən dəfə zəif iştirakçı ilə mübarizə aparıb. Qalibiyyəti onu o qədər də sevindirməyib. Ona görə bu gün şounun ən güclü iştirakçısı ilə yarışmaq istəyir.

Çox maraqlıdır ki, Murad Dadaşov bu ssenarinin İlkin tərəfindən şoudan kənarlaşdırılan Ülviyyə Alovlu tərəfindən hazırlandığını bildirib. O, bununla bağlı Ülviyyənin Vüsalənin şoudan uzaqlaşdırıldığı ərəfədə Xatuna işarələrlə bu barədə mesaj ötürməsi barədə sujeti də göstərib. Xatun isə onu başa düşmədiyini, bunun İlkinin öz qərarı olduğunu deyib.

Tamaşaçlar isə Talıb Taleni seçiblər. 40,50 faiz tamaşaçı İlkin Misgərliyə qalsın, 59, 05 faiz tamaşaçı isə getsin deyib. Beləliklə, İlkin Misgərli üçün maşın əldən getdi və Xatun, Vüsalə Əlizadə və Talıb Tale fasiləsiz mübarizəyə başladı.