Nüfuzlu "Forbes jurnalı dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın "Amazon şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. Hazırda С.Bezosun sərvəti 93,1 milyard dollar təşkil edir. İkinci yerdə "Microsoft şirkətinin rəhbəri Bill Qeyts (89,9 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 80,6 mlrd. dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı "Zara brendinin sahibi Amansio Orteqa (77,9 mlrd. dollar) hesab edilib. 

Beşliyi 73,8 mlrd. dollar sərvətə malik olan "Facebookun yaradıcısı Mark Tsukerberq tamamlayır.