Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib.

Unikal.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nazirin son günlər barəsində yayılan şayiələrə görə, vəzifəsindən istefa verdiyi bildirilir.

Qeyd edək ki, aparıcı KİV-lərdə Maykl Fallonun 15 il əvvəl bir xanım jurnalistin bədəninə əllə toxunduğu haqda müxtəlif məlumatlar yayılmışdı. Nazir açıqlamasında bunu təkzib etməmişdi. Bildirmişdi ki, həmin xanımın dizinə toxunub və buna görə ondan üzr istəyib. Mətbuatda bu məsələ şişirdilərək günlərlə müzakirə mövzusunda çevrilmişdi.