Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

Unikal.org xəbər verir ki, noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq.