Fanatlar arasında kütləvi dava olub. Hadisə Ukraynanın paytaxtı Kiyevdədə baş verib.
Unikal.org xarixi mətbuata istinadən xəbər verir ki, futbol fanatlarının iştirakı ilə kütləvi dava baş verib. Dava zamanı 100 nəfərdən artıq azarkeşin iştirak etdiyi deyilir. Bu barədə məlumatı Kiyev polisinin "facebook səhifəsi yayıb.
Polis əməkdaşları hadisə yerinə gələn kimi davada iştirak edənlər müxtəlif istiqamətə qaçmağa başlayıblar. Ancaq polis 30 nəfəri saxlaya bilib. Onlar dindirilmək üçün bölmələrə aparılıblar.
Xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, dünən Kiyevdə "Dinamo - "Vorskla oyunu (2:1) keçirilib.