Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıtı 2:0 hesabı ilə məğlub edən "Qarabağın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

"Açığı, hiss olunurdu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Futbolçulara faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm.

- Komandada qırmızı vərəqələrin sayı çoxalıb. Bu, nə ilə bağlıdır?

- Elə bir səbəb yoxdur. Futbol mübarizə oyunurdusa, burda mütləq belə hallar olacaq. Elə olub ki, qırmızı vərəqəlikhərəkət olmayıb, lakin hakim verib.

Mən yenə də futbolçularda səhv axtarıram. İnşallah, bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq.

Bəzən məşqdə də bunların üzərində çalışırıq, qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Açığı, qapıçının qırmızı vərəqəsini gözləmirdik.

- Anton Kanibolotskiyə çox şans vermirsiniz. Qışda onunla yollarınızı ayırmağı düşünmürsünüz?

- Yollarımızı ayırmağı düşünmürük. Düzdür, ona elə də çox oyunda şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdir. Kanibolotsini digərlərindən zəif saymıram. Qapı xətti elədir ki, çalışmalıyıq ki, orda dayanan oyunçunun oyun təcrübəsi olsun.

- Millinin baş məşqçisi olduğunuz üçün artıq rəqib komandanın da oyununu diqqətlə izləmək məcburiyyətindəsiniz. Bu, sizə çətinlik yaratmayacaq?

- Xeyr. Rəqiblərin oyunçularını da tanıyıram. Lazım olduqca gedib kənardan izləyəcəyik. Hər biri tanışdır. Amma yenə də izləmək lazımdır.

- Məşqçilərdən biri deyib ki, klubun inkişafı üçün ən azı mövsümdə 60 oyun keçirməlidir. "Qarabağ"ın çox oyun keçirməsinin uğurlu çıxışında rolu varmı?

- Bu, hamıya bəllidir. Nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 oyun da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə daha çox üstünlük vermək lazımdır. 40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdır.

- "Çelsi" ilə matçdan nə gözləmək olar?

- Hər şey. Rəqib, qarşısına qoyulan məqsədi bəllidir. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmalarına çalışacağıq. Bir neçə günümüz var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. "Çelsi fərqli sistemdə oynayır.