Çempionlar Liqasında "Çelsi" ilə çətin oyuna hazırlaşan "Qarabağ"ın düşərgəsindən maraqlı xəbər var.
Unikal.org Sportlife.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov daha bir futbolçusunu itirmək üzrədir. Belə ki, Ağdam klubunun gənc hücumçusu Elşən Abdullayev hərbi xidmətə yollanıb. Perspektivli futbolçu Bakıdakı hərbi hissələrdən birinə gedib-gəlir.
Məlumata görə, klub rəsmiləri Elşənin işini elə Bakıda həll etmək istəyir. Buna səbəb kimi futbolçunun komandanın düşərgəsində olmasını, məşqlərdə iştirak etməsini göstərə bilərik. Güman ki, Abdullayev hərbi xidmət müddətini "Qarabağ"da oynaya-oynaya başa vuracaq.