Topaz Premyer Liqasının 12-ci turunu stadiondan izləmiş azarkeş sayı məlum olub.

Unikal.org xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş "Kəpəz - "Səbail qarşılaşmasını (2:3) 9300 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş isə "İnter Arenada qeydə alınıb. 1750 azarkeş "Zirənin "Keşlə üzərində minimal hesablı qələbəsinin canlı şahidi olub.

Digər oyunlardan Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ - "Sumqayıt matçını (2:0) 2000, 8-ci km stadionunda baş tutmuş "Neftçi - "Qəbələ qarşılaşmasını (2:3) isə 2500 azarkeş tribunalardan izləyib.

Ümumilikdə, turun 4 oyununu 15550 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 3887 tamaşaçı deməkdi.