Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır.

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb.

Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.