Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 112-ci kilometrliyində qeydə alınıb.
37 yaşlı Elvin Əkbərova məxsus "Mercedes Actros" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, yük maşınında olan taxıl yola dağılıb.