Rusiya Ali Məhkəməsinin sədr müavini Yuri İvanenko sədrlik edəcək.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Rusiya Federasiyası Ali Məhkəməsi Rəyasət Heyətinin 22 iyul 2025-ci il tarixli qərarı ilə Ali Məhkəmənin sədrinin vəzifələri Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini - Ali Məhkəmə Kollegiyasının Məhkəmə Kollegiyasının sədri Yuri Qriqoryeviç İvanenkoya həvalə edilib", - məlumatda üeyd olunub. 

Xatırladaq ki, Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İrina Podnosova ağır xəstəlikdən sonra iyulun 22-də vəfat edib.

Gülayə Mecid