Goranboyda 75 yaşlı qadını ilan sancıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Z Məhyəddinova həyətdə işləyərkən ilan sancıb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Tural Əhmədov