Daxili İşlər Nazirliyi əsgərlərin yemək duasında dəyişiklik edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra türk əsgərlərinin yemək əvvəli "Tanrımıza həmd olsun" deyə deyil, "Allahımıza həmd olsun" şəklində dua etmələri təlimatı verilib.

Daxili İşlər Nazirliyi duada dəyişiklik məsələsi ilə bağlı Jandarma Ümumi Komandirliyinə məktub ünvanlayıb.

Xatırladaq ki, 2016-ci ildə Mersində yaşayan bir türk vətəndaşı TBMM-nin Apelyasiya Komissiyası müraciət edərək, yemək duasında işlədilən "Tanrı sözünün dəyişdirilməsini istəyib.

Komissiya vətəndaşın tələbini Müdafiə Nazirliyinə soruşub, Türkiyə Silahlı Qüvvələrində yemək duası tətbiqinin illərdir davam edən ənənə olduğu cavabını vermişdi.