Batumidə "Leogrand hotelindəki yanğında xəsarət alanların sayı 10-a çatıb.

Unikal.org xəbər verir ki, xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil.

Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

xxx

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində "Leogrand hotelində güclü yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda hoteldən insanlar təxliyə olunur.