Startap istənilən maşına avtopilot funksiyasını əlavə edən qurğular dəstini təqdim edib.

Artıq avtomobili avtonomsürmə texnologiyalarının üstünlüklərini sınaqdan keçirmək üçün müasir və bahalı avtomobillər axtarmaq lazım deyil. Torontonun (Kanada) "X-Matik startapı istənilən avtomobili pilotsuzsürmə funksiyası ilə təchiz etməyə imkan verən "LaneCruise sistemini təqdim edib.

Qurğu bir neçə əsas hissədən ibarətdir: "Brainbox mərkəzi prosessoru, ön kamera və istifadəçinin sensorlu interfeysi, həmçinin sükan çarxı üçün ötürücülər, tormoz və qaz pedalı üçün qurğular.

"naked-science.ru saytının yaydığı məlumata görə, "LaneCruise sistemi nəqliyyat vasitəsinin ətrafındakı obyektlərin aşkarlanması üçün irəliyə baxan və arxa görüntü güzgüsünün altında quraşdırılmış kameralardan istifadə edir. Sistemin "beyni və ya "Brainbox sürücünün oturacağının altında quraşdırılıb. O, kameralardan gələn informasiyanı emal edir. Daha sonra "Brainbox qərar qəbul edərək sükan çarxı üçün ötürücülər və pedal qurğularına idarəedici siqnallar göndərir.

AZƏRTAC