Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

Unikal.org "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb.

Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır.

Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.

Misirdə 3 günlük matəm elan olunub.