Xəbər verdiyimiz kimi, noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər öldürülüb. Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.

Unikal.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror hadisəsinə görə, İŞİD-i ləntləyib:

"Bunlara necə müsəlman deyək? Onlar qatillərdir. Bütün bu bölgələrdə yeni terror təşkilatlarının meydana gəlməməsi üçün həmlə yapmaq məcburiyətindəyik".