Hollandiyanın keçmiş dövlət naziri Fred Tiven bələdiyyəyə məxsus sərnişin avtobusunda sürücü olmaq üçün kursa yazılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tiven bir neçə həftə davam edəcək kursdan sonra Arnhem şəhərində yeni işinə başlayacaq.
Onun həftədə 36 saat çalışacağı bildirilir.
Qeyd edək ki, sabiq nazir 2001-ci ildə prokuror işlədiyi dövrdə "çirkli pulların yuyulmasında iştirak etdiyi üzə çıxmış və 2015-ci ildə ədliyyə naziri İvo Opsteltenlə birlikdə istefa etmişdi.