ABŞ-ın Klivlend şəhərində atışma olub.

Unikal.org-un məlumatına görə, bu barədə "ABC" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib. Atışma zamanı 1 yeniyetmə öldürülüb, daha 5-i yaralanıb. Onlar 12-16 yaşlarındadır.

Polis rəisi Kelvin Uilyams ölmüş yeniyetmənin ailəsinə başsağlığı verib və insidentin araşdırılması üçün ictimaiyyəti köməyə çağırıb.