Gürcüstanın güc strukturları Kobuleti şəhərində Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.
Unikal.org report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində evlərin birindən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib.
Əməliyyat zamanı habeləbir nəfər saxlanılıb. Saxlanılan şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlərlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, o, həmin evdə kirayənişin yaşayırmış.
Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində cinayət işi başlanılıb.