Niderland sakini təsadüf nəticəsində Adolf Hitler tərəfindən çəkilən rəsm əsərini alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Köhnə ratuşa" adlı rəsm bazarda cəmi 75 sentə (12 manat)  satılıb. Alıcı rəsmi aldıqdan sonra onun Hitlərə aid olduğunu öyrənib. Ancaq həmin şəxsin qızı şəkili evdə saxlamaq istəməyib və onu hərracda satmağa cəhd göstərib. Ancaq onun bu cəhdi uğursuz olub, çübki ona müsabət cavab verməyiblər.

Nəticədə akvarel Hollandiya Hərbi Sənədlər İnstitutuna verilib. Bir neçə ay davam edən araşdırmalar nəticəsində müəyyən olunub ki, rəsm həqiqətən Adolf Hitler tərəfində çəkilib.