ABŞ-da fəaliyyət göstərən MS-13 adlı dəstə üzvləri bir nəfərə yüz bıçaq zərbəsi vurararaq başını kəsib. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ürəyi soyumayan canilər həmin şəxsin ürəyini də çıxarıblar. 

Polisin məsələ ilə bağlı mətbuata verdiyi məlumata görə hadisə yazda baş verib. Ancaq öldürülən şəxsin meyiti payızda aşkar edilib. Şimali Karolinada hadisəyə görə dəstə üzvlərindən olan 19 yaşlı Migel Anxel həbs edilib. Məlum olub ki, Migel də qətldə dəstə üzvlərinə kömək edən şəxslərdən biri olub. Faktla bağlı araşdırma aparılıb. ABŞ polisi bildirib ki, dəstə üzvlərinin qurbanı olan çox saydadır.

Xatırladaq ki, dünyada MS-13 dəstə üzvləri ən qəddar qruplaşma hesab olunur. Qruplaşma üzvləri həm Birləşmiş Ştatlarda, həm də Mərkəzi və Cənubi Amerikada fəaliyyət göstərirlər.