İspaniya polisi "qara bazarda qiyməti 120 milyon avro təşkil edən heroin partiyası müsadirə edib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bəyan edib.
Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıqdır. Bu, İspaniyaya müsadirə edilən ən iri heroin yüküdür.
"Mundo qəzetinə görə, narkotik vasitələr Barselona limanında konteynerlərdə saxlanılan sement kisələrdə gizlədilib. 

Faktla bağlı saxlanılanların olduğu bildirilir.