Xəbər verdiyimiz kimi, iki gün əvvəl Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen-In ballistik raketlərin gecə sınaqlarında iştirak edib.
Unikal.org-un məlumatına görə, Şimali Koreya rəhbəri sınaqları yüksək qiymətləndirib. O qeyd edib ki, bu gün dövlətin nüvə silahlanmasının yekunlaşmasında tarixi uğur əldə olunub. KXDR rəsmiləri də yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini təsdiq ediblər.

Söhbət bütün ABŞ ərazisini hədəfə ala biləcək "Xvason-15" raketlərindən gedir.

Maraqlısı odur ki, Kim Çen In ballistik raketlərin gecə sınaqlarında bu dəfə mətbuat nümayəndələrini də dəvət edib. 

Dövlət başçısı ballistik raketin uğurlu sınağından sonra hərbi komandiri qucaqlaması da mətbuatın diqqətini çəkib.

Həmin görüntüləri təqdim edirik.