Cennaro Qattuzonun "Milanın baş məşqçi postunda debütü uğurlu olmayıb.
Unikal.org xəbər verir ki, "Milan A seriyasının aşkar autsayderi "Benevento ilə bərabərə qalıb - 2:2. Bu, "Beneventonun A seriyasında qazandığı ilk xal oldu. Qarşılaşmadan sonra Qattuzo fikirlərini bildirib:
"Sözsüz, bu nəticə adamı yandırır, ağırıdır. Məni bıçaqla doğrasaydılar, belə ağrıtmazdı. Son 15 dəqiqə çox ağır oldu. Biz olduqca vəhşi bir qol buraxdıq.
Heç gözləməzdim ki, son saniyələrdə rəqibin qapıçısı qapımıza qol vuracaq. Paltardəyişmə otağında futbolçularımın pis durumda olduğunu gördüm. Bu, çox ağırdı. Ancaq yaranı sağaltmaq lazımdı.