Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib. Körpələrdən ikisi qız, biri oğlandır.

Unikal.org xəbər verir ki, Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-a bildirilib ki, vaxtında əvvəl doğulan uşaqlara müvafiq tibbi yardım göstərilməsi üçün mərkəzin səyyar qrupu gecə saatlarında Qusar QusardaRayon Mərkəzi Xəstəxanasına ezam olunub. Körpələr Qubaya gətirilib.

Yeni doğulan körpələr bir sutka küvezdə saxlanılıb. Hazırda gənc ananın və uşaqların vəziyyəti kafidir. Bu, Şəhla Əmirəliyevanın ilk hamiləliyi olub.