Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.
X.Teymurovun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.