"Sumqayıt futbol klubu qış fasiləsində növbəti transferini həyata keçirib.

Unikal.org-un məlumatına görə, Sumqayıt təmsilçisi "Qəbələdən Ülvi İsgəndərovu icarəyə götürüb. Onunla 1,5 illik müqavilə imzalanıb. Ü.İsgəndərov 70 nömrəli forma ilə çıxış edəcək.

20 yaşlı hücumçu cari mövsümdə "qırmızı-qaraların əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, "Sumqayıt qış fasiləsində Elnur Allahverdiyev və Nicat Qurbanovla müqavilə bağlayıb.