Şəkidə 12 yaşlı uşağı sahibsiz it dişləyib.
Unikal.org xəbər verir ki, bu gün axşam saat 17 radələrində rayonun Qayabşı kənd sakini, 2006-cı il təvəllüdlü Murad Habil oğlu Babayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.
MRX-dan APA-ya verilən məlumata görə, Murad Babayev yaşadığı kəndin ərazisində küçə ilə gedərkən sahibsiz it ona hucum edərək sol ayağının bud və baldır nahiyəsindən dişləyib. Murad Babayeva lazımi tibbi yardım edilib, quduzluq əleyhinə qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.