Hacıqabulda 60 yaşlı qadını avtomobil vurub.

Unikal.org apa-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mercedes" markalı minik maşını magistral yolun digər tərəfinə keçmək istəyən Saatlı rayonunun Qaranuru kənd sakini, 1957-ci il təvəllüdlü Bədəlova Gültac Məmmədhüseyn qızını vurub. Nəticədə başından xəsarət alan qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.