Tovuzda qadın intihara cəhd edib.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. Həmin kəndin sakini 1978-ci il təvəllüdlü Ramilə Yaqub qızı İsmayılova ailə münaqişəsi zəminində özünü öldürmək məqsədi ilə kimyəvi dərman içib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.