Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda baş verib. "QAZel və "VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Məlumata görə, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.